Əsas Səhifə > Dünya > KİV: "Əfqanıstan Prezidenti Əbu-Dabidədir"

KİV: "Əfqanıstan Prezidenti Əbu-Dabidədir"


18-08-2021, 13:36
Ölkəni tərk etmiş Əfqanıstan Prezidenti Əşrəf Qəninin BƏƏ-də olduğu barədə məlumatlar yayılıb.
Şəffaflıq.az xəbər verir ki, bu iddia ilə “Kabul News” telekanalı çıxış edib.
Bildirilib ki, Ə.Qəni hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərindədir.
Qeyd edək ki, “Taliban” qruplaşmasının Əfqanıstanın paytaxtı Kabili ələ keçirməsindən sonra ölkəsini tərk edən dövlət başçısının Tacikistanda, Omanda olduğu barədə iddialar yayılsa da, təkzib olunmuşdu.

Geri qayıt