Əsas Səhifə > Hadisə > Qubada iki avtomobil toqquşub, xəsarət alanlar var

Qubada iki avtomobil toqquşub, xəsarət alanlar var


17-08-2021, 19:25
 Quba rayonunda yol qəzası baş verib.
Şəffaflıq.az-ın məlumata görə, hadisə Quba-Qonaqkənd yolunun birinci kilometrliyində qeydə alınıb.
Belə ki, işıqforun işləməməsi səbəbindən "Hyundai" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Nəticədə zərbənin təsirindən VAZ markalı nəqliyyat vasitəsi aşıb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır."Report"

Geri qayıt