Əsas Səhifə > SOSİAL MÜDAFİƏ / Cəmiyyət > “Əlilliyi olan şəxslərin hüquqları haqqında”dəyişiklik edilməsi barədə fərman imzalanıb.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında”dəyişiklik edilməsi barədə fərman imzalanıb.17-08-2021, 17:19 |
Prezident İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun tətbiqi barədə 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Şəffaflıq.az-ın xəbərinə görə, ölkə başçısının bu gün imzaladığı fərmanla Nazirlər Kabinetinə üç ay müddətində əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.4-cü maddəsinə uyğun olaraq əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb. Bundan əlavə, Nazirlər Kabinetinə 3 ay müddətində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etmək həvalə edilib. Geri qayıt |