Əsas Səhifə > SƏHİYYƏ / Gündəm > Azərbaycanda COVID-19-a daha 3 322 nəfər yoluxub, 18 nəfər ölüb
Azərbaycanda COVID-19-a daha 3 322 nəfər yoluxub, 18 nəfər ölüb17-08-2021, 17:13 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 373 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 174 nəfər müalicə olunaraq sağalıb, 5 188 nəfər vəfat edib. 27 813 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 007, bu günə qədər isə ümumilikdə 4 235 142 test icra olunub. Geri qayıt |