Əsas Səhifə > Maraqlı > “Android” cihazlarını mimika ilə idarə etmək mümkün olacaq
“Android” cihazlarını mimika ilə idarə etmək mümkün olacaq17-08-2021, 14:36 |
Google şirkəti “Android 12” əməliyyat sisteminə cihazları baş mimikası ilə idarə etməyə imkan verən “Camera Switch” funksiyasını əlavə edib. Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir ki, yeni funksiya yalnız “Android 12”nin dördüncü bet-versiyasında mövcuddur. “Play Market”dən onu hələ ki, yükləmək mümkün deyil. Məlumata görə, “Camera Switch” gülmək, qaşları qaldırmaq və üzün sair ifadələrinə uyğun olaraq müxtəlif hərəkətləri təyin etməyə imkan verəcək. Onun vasitəsilə əsas ekrana keçmək, hər hansı tətbiqi açmaq, sürətli ayarlara və bildirişlərə baxmaq mümkün olacaq. Geri qayıt |