Əsas Səhifə > İdman > Futbolçular arasında kütləvi dava olub, 34 nəfər saxlanılıb
Futbolçular arasında kütləvi dava olub, 34 nəfər saxlanılıb17-08-2021, 13:13 |
Rusiyanın paytaxtı Moskvada keçirilən mini-turnir zamanı futbolçular arasında kütləvi dava düşüb. Şəffaflıq.az-ın məlumatına görə, insidentə oyunçulardan birinin rəqibə qarşı kobud oyunu səbəb olub. Davanın böyüdüyünü görən naməlum şəxs dərhal hüquq-mühafizə orqanlarına zəng vurub. Hadisə yerinə gələn polislər 34 nəfəri saxlayaraq, bölməyə aparıblar. Nəticədə turnir yarımçıq dayandırılıb. Yarışın ən yaxşısı polisə zəng vuran şəxs seçilib. Geri qayıt |