Əsas Səhifə > Hadisə > Oğuzda meşə ərazisində yanğın başlayıb

Oğuzda meşə ərazisində yanğın başlayıb


17-08-2021, 12:59
 Oğuz rayonunda meşə yanır.
Reportun Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun Xaçmaz kənd inzibati ərazisinə aid olan yüksək dağlıq ərazidə qeydə alınıb.
Kənd sakinlərinin sözlərinə görə, həmin ərazidə bir-neçə gün öncə də yanğın baş verib.
Məlumata görə, hazırda dağlıq ərazidə yanğın davam edir.


Şəffaflıq.az

Geri qayıt