Əsas Səhifə > RƏSMİ XƏBƏR > Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub
Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub16-08-2021, 09:45 |
![]() Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bundan əlavə saat 20:37-dən 22:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd və Qaybalı yaşayış məntəqələri tərəfdən Şuşa şəhəri ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində avtomat və pulemyotlardan istifadə edərək fasilələrlə atəş açıb. Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Şəffaflıq.az Geri qayıt |