Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycanda son gündə 3 508 nəfərdə koronavirus aşkarlanıb, 13 nəfər vəfat edib
Azərbaycanda son gündə 3 508 nəfərdə koronavirus aşkarlanıb, 13 nəfər vəfat edib14-08-2021, 20:03 |
Son gün ərzində Azərbaycanda koronavirusa 3 508 yeni yoluxma qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Şəffaflıq.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd edilir ki, daha 13 nəfər COVID-19-dan vəfat edib. Ölkədə indiyədək ümumilikdə 365 009 nəfərin COVID-19-a yoluxması müəyyən olunub, onlardan 338 279-ü müalicə olunaraq sağalıb, 5 138 nəfər vəfat edib, aktiv xəstə sayı 21 592 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 956, ötən müddət ərzində isə ümumilikdə 4 195 064 test aparılıb. Geri qayıt |