Əsas Səhifə > MANŞET / SİYASƏT > Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində təlimlər keçirilir
Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində təlimlər keçirilir14-08-2021, 13:08 |
![]() Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Şəffaflıq.az-a verilən məlumata görə, çətin dağlıq şəraitdə döyüş növbətçiliyi aparan zenitçilər bilik və bacarıqlarını praktiki atışlarda nümayiş etdirirlər. Müasir ümumqoşun döyüşünün çevik dəyişən şəraiti bütün heyətdən zenit-artilleriya bölmələrinin manevr qabiliyyətinin yüksək olmasını tələb edir. Bu məqsədlə bölmələrin qısa zamanda qurğulardan hava hədəfinə atəş açaraq məhv etməsi və çətin dağlıq şəraitdə yerdəyişməsi məşq etdirilir. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Qurğu heyətlərinin yerüstü hədəflərə praktiki atışları ilə təlimlər davam edir. Geri qayıt |