Əsas Səhifə > Dünya > İraqda Türkiyə əsgəri həlak olub REGİON
İraqda Türkiyə əsgəri həlak olub REGİON13-08-2021, 09:43 |
Türkiyə ordusunun 1 əsgəri İraqda həlak olub.Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün tvitterdəki hesabında bildirib. Qeyd edilir ki, hadisə İraqın şimalında baş verib. Türkiyə Silahlı Qüvvələrinin hərbçisi "Pençe-Şimşek" əməliyyat zonasında PKK terrorçularının hücumu nəticəsində ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib, lakin yaralının həyatını xilas etmək mümkün olmayıb. Türkiyə hərbçilərinin cavab tədbirləri nəticəsində hücumu həyata keçirən 3 terrorçu zərərsizləşdirilib. Hazırda bölgədə əməliyyat davam edir. Geri qayıt |