Əsas Səhifə > SİYASƏT > BMT: "Oxçuçayın təmizlənilməsində Azərbaycana kömək etməyə hazırıq"

BMT: "Oxçuçayın təmizlənilməsində Azərbaycana kömək etməyə hazırıq"


13-08-2021, 09:36
 BMT rəsmisi Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Oxçuçayın zəhərli tullantılarla çirkləndirilməsinə münasibət bildirib.
Bununla bağlı BMT-nin Ətraf Mühit Proqramının (UNEP – “The United Nations Environment Programme”) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Keişamaza Rukikaire məsələdən xəbərsiz olduqlarını deyib.
“Azərbaycan dövləti bu məsələ ilə bağlı BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əlaqə yaratmayıb. Ancaq tələb olunarsa, Ətraf Mühit Proqramı təcrübə və səlahiyyətlərimiz daxilində Azərbaycana kömək göstərməyə hazırdır. Bunu BMT-nin Azərbaycandakı Rezident Koordinatorunun koordinasiyası və rəhbərliyi altında edə bilərik”, - deyə o bildirib.
Qeyd edək ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) üzv dövlətlərin ətraf mühitlə bağlı fəaliyyətini koordinasiya edir, inkişaf etmiş ölkələrin ətraf mühit siyasətlərinin və təcrübələrinin implementasiyasını həyata keçirir.
Vüsalə Abbasova


Şəffaflıq.az

Geri qayıt