Əsas Səhifə > Sosial > Moskva-Naxçıvan-Moskva istiqaməti üzrə aviareys açılıb

Moskva-Naxçıvan-Moskva istiqaməti üzrə aviareys açılıb


12-08-2021, 20:36
Rusiyanın paytaxtı Moskvadan Azərbaycanın Naxçıvan şəhərinə beynəlxalq aviareys açılıb.
Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanı məlumat yayıb.
Bildirilib ki, avqustun 12-də Rusiyanın IRAERO aviaşirkəti tərəfindən Moskva-Naxçıvan-Moskva istiqaməti üzrə ilk reys həyata keçirilib.
Qeyd edək ki, Moskva-Naxçıvan-Moskva aviareysinə biletin qiyməti 430 manat, uçuş müddəti 3 saatdır.
Xatırladaq ki, IRAERO aviaşirkəti gələcəkdə Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində də uçuş həyata keçirməyi planlaşdırır.

Geri qayıt