Əsas Səhifə > Dünya > Braziliyada bir gündə 1183 nəfər virusdan ölüb
Braziliyada bir gündə 1183 nəfər virusdan ölüb11-08-2021, 09:08 |
Braziliyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 20,2 milyon nəfəri ötüb. Şəffaflıq.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ötən gün ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 35 245 nəfər artaraq 20 213 388 nəfərə, ölənlərin sayı isə 1 183 nəfər artaraq 564 890 nəfərə çatıb. Hazırda müalicəsi davam edən 62 774 xəstədən 8 318 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Eyni zamanda, ölkədə 19 022 724 pasiyentin COVID-19 xəstəliyindən sağaldığı bildirilir. Braziliya dünyada COVID-19 xəstəliyindən ölənlərin sayına görə 2-ci yeri tutur. Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.“Report” Geri qayıt |