Əsas Səhifə > ELM VƏ TƏHSİL > Bu gündən məktəbəhazırlıq qruplarına uşaq qəbulu başlayır ELM VƏ TƏHSİL
Bu gündən məktəbəhazırlıq qruplarına uşaq qəbulu başlayır ELM VƏ TƏHSİL10-08-2021, 09:40 |
![]() Şəffaflıq.az xəbərinə görə, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına bu gün saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da start veriləcək. Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq. 2021-2022-ci tədris ili üzrə məktəbəhazırlığa qəbulla bağlı daha ətraflı bu link vasitəsilə sual-cavab faylından məlumat əldə edə bilərsiniz. Geri qayıt |