Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > DSMF-nin vakansiyalarına qəbul üzrə keçid balı müəyyən olundu

DSMF-nin vakansiyalarına qəbul üzrə keçid balı müəyyən olundu


8-08-2021, 09:25
Dövlət Sosial Müdafiə Fonduna işə qəbulla bağlı müsabiqənin iyulun 31-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanı mərhələsində nəticələrin təhlili üzrə Fondun Bakı şəhərindəki struktur bölmələrində vakansiyaya çıxarılan vəzifələrin sayına müvafiq olaraq, hər bir istiqamət üzrə keçid balları müəyyənləşdirilib.
• pensiya- 56 bal;
• sosial müavinətlər və təqaüdlər- 71 bal;
• ünvanlı dövlət sosial yardımı- 50 bal;
• sosial sığorta- 59 bal;
• yazılı müraciətlərin araşdırılması- 65 bal;
• maliyyə və mühasibatlıq- 58 bal;
Keçid ballarına uyğun olaraq, müsahibə mərhələsinə buraxılan namizədlərin ümumi sayı 380 nəfər təşkil edir. Müsabiqənin növbəti mərhələsi ilə əlaqədar müvafiq əmrlə yaradılmış müsahibə komissiyalarının genişləndirilmiş tərkibdə iclası keçirilib. İclasda Fondun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev test imtahanının nəticələri və müsahibə qaydaları barədə ətraflı məlumat verib. Müəyyən edilib ki, müsahibənin vaxtı və yeri haqqında bildirişlər 15 gün müddətində SMS və e-poçt vasitəsilə aidiyyəti üzrə göndəriləcək. Müsahibənin nəticələri müsahibənin keçirildiyi tarixdən etibarən bir ay müddətində açıqlanacaq. 
Qeyd edək ki, müsahibə mərhələsində komissiya üzvləri tərəfindən veriləcək suallar müsabiqənin test mərhələsi üçün açıqlanmış, Fondun fəaliyyət istiqamətinə aid proqramla eynidir

Geri qayıt