Əsas Səhifə > Cəmiyyət > Kofe və çaydan gələn TƏHLÜKƏ: Gündə 3-4 fincandan çox içəndə...

Kofe və çaydan gələn TƏHLÜKƏ: Gündə 3-4 fincandan çox içəndə...


7-07-2019, 02:27
 SAĞLAMLIQ

Artıq çay və kofe sümük əriməsinə səbəb olur. Yaş artdıqca sümüklərdə struktur dəyişikliyi yaranır, sümüklər kövrəkləşir. Bunu sürətləndirən bir sıra amillər də var. Bu sırada qidalanma faktorlarının da önəmli olduğu bildirilir. Mütəxəssislər hesab edir ki, normadan artıq çay və kofe içmək də bu riski artırır.

Şəffaflıq.az e-tibb.az-a istinadən bildirir ki, kofein də tütün və alkoqol kimi həzm sistemində kalsium mənimsənilməsinin azalmasına səbəb olur və böyrəklərin kalsiumu xaric etməsini sürətləndirir. Orqanizmdə kalsium miqdarı azalanda isə sümük formalaşması baş vermir. Son illərdə yaş artdıqca sümük əriməsinə (osteoporoz) geniş rast gəlinir və əsas problemlərdən biri kimi ortaya çıxır. Sümüklərdə ən yüngül travma nəticəsində və yaxud hər hansı travma olmadan belə, əmələ gələn sınıqlar da bunun əlaməti sayılır.

Ona görə də mütəxəssislər hesab edir ki, kofe və çay qəbulu azaldılmalıdır. Gündə 3-4 fincandan çox kofe içməmək, daha çox kofeinsiz qəhvə içmək tövsiyə olunur.

Qeyd olunur ki, sümük əriməsi təxminən 35 yaşdan sonra başlayır. Qadınlarda sümük əriməsi meonapauzadan sonra sürətlənir. Bu proses menopauzadan sonrakı ilk 5-7 il ərzində daha da irəliləyir.

Şəffaflıq.az


Geri qayıt