Əsas Səhifə > REGİON > Şamaxıda 100 tondan çox bal tədarükü gözlənilir

Şamaxıda 100 tondan çox bal tədarükü gözlənilir


7-08-2021, 23:21
Şamaxıda arıçılar bal süzümünə başlayıblar və cari mövsümdə bölgədə 100 tondan çox bal tədarükü gözlənilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, arıçılıq Şamaxıda ənənəvi təsərrüfat sahələrindəndir və hazırda 670 ailə bu gəlirli işlə məşğuldur. Rayonun təbii iqlim şəraiti də arıçılıq təsərrüfatı üçün əlverişlidir. Arı ailələrinin sayı 12900-ə çatıb. Hər il orta hesabla 100 tondan çox bal, 10 ton mum, 80 kiloqram çiçək tozu, 50 kiloqram vərəmum, 5 kiloqramadək arı südü istehsal olunur.
Rayonda onlarca peşəkar arıçı var. Adnalı kəndindən olan və 450 arı ailəsi bəsləyən Nəvai Məmmədov, həmin kənddən 101 arı ailəsi olan Nəsimi Təhməzov, Çuxuryurddan 100 arı ailəsi olan Babaşirin Ağayev, II Çağandan 80 arı ailəsi olan Şahin Bayramov və başqaları bu il də bazarlara bol arı məhsulları çıxaracaqlar.

Geri qayıt