Əsas Səhifə > MANŞET > "Əsassız məlumatların yayılması yolverilməzdir..." - Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı
"Əsassız məlumatların yayılması yolverilməzdir..." - Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı7-08-2021, 13:00 |
Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq olunmuş bir cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsində bəraət alan vətəndaş Z.Hüseynov tərəfindən mətbuat vasitəsilə ölkə rəhbərliyinə və Baş prokuror Kamran Əliyevə ünvanlanan müraciətIə bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir: "Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Hüseynli Zamiq Əsədxan oğlu barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə məhkəmə baxışında bəraət almasına baxmayaraq, prokurorluğun protesti əsasında qanunsuz həbs təhlükəsi ilə üzləşməsi barədə əsassız məlumatlar yayılmışdır. Bununla bağlı bildiririk ki, 2015-ci ildə dələduzluq cinayətinə görə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə məhkum edilmiş Zamiq Hüseynlinin prokurorluğun formasında şəkili həkk edilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin əməkdaşı olmasına dair saxta xidməti vəsiqəsi Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq toplanmış materiallar Baş Prokurorluğa göndərilmişdir. Daxil olmuş material üzrə araşdırma aparılmaqla Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, Zamiq Hüseynli həmin Məcəllənin 32.4, 297.1 (bilə-bilə yalan ifadə verməyə təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri və blankları qanunsuz hazırlama) maddələri ilə nəzərdə tutulmuş əməlləri törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və 7 may 2021-ci ildə cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 11 iyun 2021-ci il tarixli hökmünə əsasən Z.Hüseynliyə bəraət verilmişdir. Qeyd edilən hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş və hazırda cinayət işi Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Baş Prokurorluq bir daha qeyd edir ki, məhkəmə baxışında olan cinayət işi üzrə bu xarakterli əsassız məlumatların yayılması yolverilməzdir və cinayət təqibinə qanunsuz təzyiq və təsir vasitəsi kimi qiymətləndirilir". Geri qayıt |