Əsas Səhifə > Dünya > Əfqanıstan müdafiə nazirinin evinə hücumu “Taliban” törədib
Əfqanıstan müdafiə nazirinin evinə hücumu “Taliban” törədib4-08-2021, 14:44 |
“Taliban” hərəkatı bu gün Əfqanıstan müdafiə naziri Bismillah Məhəmmədinin evinə basqının məsuliyyətini üzərinə götürüb. Şəffaflıq.az “Tolo”ya istinadən xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Zəbiullah Mücahid açıqlama verib. Xatırladaq ki, bu gün səhər saat 8 radələrində Kabilin Şirpur məhəlləsində nazirin iqamətgahı yaxınlığında avtomobildəki partlayıcı qurğunun işə salınması nəticəsində aralarında bir qadın olduğu 8 nəfər ölüb, 20-dən çoxu da yaralanıb. Daha sonra dörd nəfər silahlı şəxs mühafizəçilərlə atışmağa başlayıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri və tibbi heyət cəlb edilib. Hadisə zamanı nazir və ya onun ailə üzvləri zərər çəkməyib. Geri qayıt |