Əsas Səhifə > Gündəm / SOSİAL MÜDAFİƏ > Nazir Sahil Babayev və müavinlərinin vətəndaşlarla görüş vaxtı dəyişdi.
Nazir Sahil Babayev və müavinlərinin vətəndaşlarla görüş vaxtı dəyişdi.6-07-2019, 00:40 |
Nazir Sahil Babayevin Göyçay, müavinlərinin İsmayıllı və Ağsu rayonlarında keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib Şəffaflıq.az xəbər verir ki,Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Göyçay, müavinləri Anar Kərimovun İsmayıllı və Mətin Kərimlinin Ağsu rayonlarında vətəndaşları qəbul gününün tarixi iyulun 26-na dəyişdirilib. Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq iyulun 23-dək qəbula yazıla bilərlər. Geri qayıt |