Əsas Səhifə > KARUSEL > Qənirə Paşayevanın parlamentdə müalicəsini qaldırdığı yaralı xüsusi təyinatlı kəşfiyyatçı kimdir?

Qənirə Paşayevanın parlamentdə müalicəsini qaldırdığı yaralı xüsusi təyinatlı kəşfiyyatçı kimdir?


20-11-2018, 00:27

 

Xəbər verildiyi kimi, millət vəkili Qənirə Paşayeva parlamentdə 1997-ci ildə düşmənin arxa cəbhəsində əməliyyat zamanı ağır yaralanan kəşfiyyatçımızın müalicə məsələsi qaldırıldı.

“Bir neçə gün bundan əvvəl bəzi deputat həmkarlarımla birlikdə Texniki Universitetdə döyüş tapşırığını yerinə yetirdikdən sonra düşmən əlinə keçməmək üçün özlərini partladan qəhrəman kəşfiyyatçımızla bağlı filmin təqdimatında iştirak etdik. Təqdimatda qəhrəman şəhidlərimizin anaları millət vəkillərinə üz tutaraq bildirdilər ki, 8 nəfərlik qrupdan, sadəcə, bir nəfər Aqil Əhmədov sağ qalıb və o da ağır xəstədir. Aqil Əhmədovun ciddi əməliyyata ehtiyacı var. 7 qəhrəman şəhidin anası övladlarının qoxusunu ondan alır və xahiş edirlər ki, onun yüksək səviyyədə əməliyyat olunması məsələsini Milli Məclisdə qaldıraq və dəstək olaq. Aqil Əhmədovla görüşmüşük doğrudan da onun ciddi əməliyyat və müalicələrə ehtiyacı var. Ümid edirik ki, Səhiyyə və Müdafiə Nazirliyi şəhid analarının və bizim müraciətlərimizi nəzərə alaraq Aqil Əhmədovun xaricdə əməliyyat və müalicəsinin həyata keçirilməsini təmin edəcək”.
Geri qayıt