Əsas Səhifə > SİYASƏT / Maraqlı > POSTSOVET MƏKANININ DƏRİNDƏN YARILMASI... - “Türkiyə və Azərbaycan orduları “Vahid Türk Ordusu”na çevriləcəkmi?”
POSTSOVET MƏKANININ DƏRİNDƏN YARILMASI... - “Türkiyə və Azərbaycan orduları “Vahid Türk Ordusu”na çevriləcəkmi?”1-08-2021, 17:48 |
Türkiyə parlamentinin sədri Mustafa Şentop bildirib ki, Türkiyə və Azərbaycan ortaq bir türk ordusu qurulmasını müzkirə edir. O, deyib: ”Bizim ideyamız bir millət, iki dövlətdir. Bu, həmişə belə olacaq. Bu məsələ ilə bağlı bizim çoxsaylı görüşlərimiz və razılaşmalarımız olub”. Şentop bu bəyanatı Türkiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündən sonra səsləndirib. Bu, geosiyasi anlamda olduqca mühüm xəbərdir və postsovet məkanında Türkiyənin təsirinin genişlənməsi istiqamətində atılmış daha bir addımdır. Əlbəttə, Rusiya bunu hesablamışdı. Deməli, burada söhbət, əslində Ankara və Moskva arasındakı daha bir toqquşmadan gedir, hərçənd ki, onun qarşısını almaq mümkün idi... Azərbaycan və Ermənistan arasındakı münaqişədə Türkiyə böyük rol oynadı. Türklər Bakıya güclü dəstək verdilər və bu, Azərbaycanın zəfər çalmasına gətirib çıxardı, həmin məğlubiyyətdən sonra Ermənistan çətin ki, tezliklə özünə gələ bilsin. Müharibəni yalnız Rusiya durdurdu, hərfi mənada döyüşən tərəflərin düz arasına girdi. Rusiya oraya sülhməramlı qüvvələr göndərdi və atəşin dayandırılması üçün vasitəçilik etdi. Rusiya üçün bu, çox mürəkkəb münaqişə olub, çünki onun Ermənistanda hərbi bazası olmasına baxmayaraq, Moskva mümkün olduğu qədər neytral sülhməramlı rolunda sonadək çıxış etməyə çalışacaq. Belə ki, hər iki tərəf - Azərbaycan və Ermənistan keçmiş sovet respublikalarıdır, yəni onlar Rusiyanın öz təsirini saxlamaq istədiyi məkanda yerləşirlər. Lakin SSRİ-nin dağılmasından sonra bu təsir tədricən azalır. Bütün sovet respublikaları öz yolları ilə gedirlər, Rusiya isə 1990-cı illərdə və 2000-ci illərin əvvəlində daha çox öz sərhədlərini saxlamağın dərdindəydi (Çeçenistan müharibəsi-red.). Bu gün Rusiya postsovet məkanında yenidən güclü mövqe tutmaq istəyir. Ən başdan hər şey Türkiyəyə aydın idi. Türkiyə və Ermənistan könhə düşmənlərdir. Postsovet respublikaları uzun illər ərzində geosiyasi mənada böyük maraq kəsb etməyiblər. Amma bu gün onların geostrateji əhəmiyyətləri sürətlə artır, özü də təkcə orada olan enerji ehtiyatlarına görə yox. Çox güman ki, bu respublikaların əhəmiyyəti Çinin Asiya və Avropa infrastrukturunu bir-birinə möhkəm bağlamaq arzusu səbəbindən artıb. Orta Asiya Çinin bu planlarında mühüm rol oynayır. Rusiya və Çin arasındakı münasibətlərin çox yaxşı olduğunu nəzərə alaraq deyə bilərdik ki, Pekin Moskvaya öz təsir dairəsini genişləndirməyə mane olmayacaq. Əgər bu regiona nüfuz etmək ABŞ-a müəssər olarsa, onda vəziyyət tamamilə dəyişər. ABŞ isə bunu etmək qabiliyyətindədir. Rusiya Müdafiə naziri Sergey Şoyqu bu yaxınlarda deyib ki, Amerika ordusu Əfqanıstanı “vəziyyəti hasardan izləmək üçün tərk edib”. Söhbət hansı hasardan gedir? Sözsüz ki, geniş postsovet məkanından - Tacikistandan, Özbəkistandan, Türkmənistandan... Həmin regionda müəyyən bir vaxta kimi “ilişib qalmaqdan” ötrü ABŞ-ın bu ölkələrin bəziləri ilə danışıqlar apardığı sirr deyil. Və üstəlik, qətiyyətli istəklə Türkiyə də meydana çıxıb. Heç kim əminliklə deyə bilməz ki, Türkiyə müstəqil oyunçu olmaq istəyir, yoxsa o, digər tərəfdən gələn təzyiqləri hiss etdiyinə görə gec və ya tez güclü dövlətlərin birinəmi söykənəcək? Türkiyə və Rusiyanın tərəfdaşlıq üçün müəyyən bir birləşmə nöqtələri var. Hətta onlar indi Suriyada formal şəkildə əks tərəflərdə mübarizə aparırlar. Lakin Türkiyə NATO uzvü olaraq qalır və Ankara ilə Vaşinqton arasındakı müvəqqəti gərginliyə baxmayaraq, münasibətlərin düzəlməsi üçün onsuz da istənilən şansdan istifadə ediləcək. Gəlin, “Vahid Türk Ordusu”-nun yaradılması planına qayıdaq. Əgər bu, doğrudan da Türkiyəni maraqlandıran konsepsiyadırsa, onda sözügedən plan gələcəkdə təkcə Türkiyə və Azərbaycanı əhatə etməyəcək. Türk dünyası, yəni türk dilində danışılan ərazi kifayət qədər böyükdür. Aydındır ki, Bakı çox yaxşı münasibətlər qurduğu Rusiyanı qəzəbləndirməmək üçün Türkiyə ilə ittifaq yaratması barədə səs-küylü bəyanatlar verməyəcək. Azərbaycan ərazisində Türkiyənin üç aviabaza tikməsi barədə yayılan informasıya Bakı tərəfindən rəsmi şəkildə təkzib edilib. Keçən ayın ortalarında Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılmasından söz gedəndə, Moskva bildirmişdi ki, əgər bu həqiqətdirsə, onda Rusiya öz təhlükəsizlyi və maraqları naminə “addımlar” atmalı olacaq. Əlbəttə, unutmaq olmaz ki, Türkiyə NATO üzvüdür və deməli, belə çıxır ki, planlaşdırılan bazalar avtomatik NATO bazaları da olur. Vəziyyəti şərh edən Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib: "Rusiya sərhədləri yaxınlığında hərbi bazanın açılması təhlkəsizliyimizin təmin olunması üçün bizi addımlar atmağa məcbur edəcək”. NATO əsgərləri artıq bir sıra keçmiş sovet respublikalarında yerləşiblər və onlar daim hərbi təlimlər keçirlər (hazırda onlar Ukrayna və Gürcüstanda təlimlər keçirlər-red.). Moskvanın təsir dairəsindən çıxarılmış ölkələr də var (Litva, Latviya, Estoniya, Ukrayna, Gürcüstan) və indi Belarus və digər dövlətlərə “soxulmaq” üçün cəhdlər edilir. Bütün bunlar hər halda Avropada və ya onun sərhədlərində baş verir. Ancaq proses Mərkəzi Asiyanı da bürüyəcək və onda Rusiya təkcə ABŞ-ı diqqətlə izləməyəcək. Çünki Türkiyə daha mürəkkəb rəqib ola bilər və tarixdə bu, artıq bir neçə dəfə baş verib. “Advance” – (Xorvatiya) Tərcümə: “AzPolitika.info” Geri qayıt |