Əsas Səhifə > İdman > Tokio-2020: Azərbaycanın 26 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb
Tokio-2020: Azərbaycanın 26 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb1-08-2021, 17:31 |
Bu gün Azərbaycanın daha 3 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb."Report"un məlumatına görə, çəkicatma növündə yarışan Anna Skidan təsnifat mərhələsini 31 idmançı arasında 16-cı sırada bitirib və finala vəsiqə qazana bilməyib.Güllə atıcısı Ruslan Lunyov birinci təsnifatda 281 xal toplaya bilib. O, 27 idmançı arasında 24-ci yeri tutub. Sabah ikinci təsnifat mərhələsi və final keçiriləcək. Boksçu Alfonso Dominges (81 kq) yarımfinalda son olimpiya çempionu kubalı Arlen Lopesə uduzaraq bürünc medalla fikayətlənib. Beləliklə, olimpiadada mübarizəni dayandıran Azərbaycan idmançılarının sayı 26-ya çatıb. Onlardan ikisi medala layiq görülüb. Medal qazananlar Cüdo: İrina Kindzerska (+78 kq) (bürünc) Boks: Alfonso Dominges (81 kq) (bürünc) Medal qazana bilməyənlər Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq) Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq) Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq) İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah Güllə atıcılığı: Emin Cəfərov Triatlon: Rostislav Pevtsov Qılıncoynatma: Anna Başta Badminton: Edi Reski Dviçayo Velosiped idmanı: Elçin Əsədov Çəkicatma: Anna Skidan Geri qayıt |