Əsas Səhifə > Hadisə > Qusarda restoran sahibi həbs edildi

Qusarda restoran sahibi həbs edildi


31-07-2021, 11:10
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Ladera” adı istirahət mərkəzində rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov "Report"a bildiirb ki, obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan istirahət mərkəzində qanunvericiliyin tələblərinə müvafiq olaraq restoranın sahibi Abdul Hüseyinovu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 10 gun inzibati həbs edib.

Geri qayıt