Əsas Səhifə > SİYASƏT / Cəmiyyət > Vüsal Məmmədov: "Leyla xanım Əliyeva ölkəmizə xarici diplomatiyada böyük uğurlar qazandırıb"

Vüsal Məmmədov: "Leyla xanım Əliyeva ölkəmizə xarici diplomatiyada böyük uğurlar qazandırıb"


4-07-2019, 20:02

 Vüsal Məmmədovun  təbrikini olduğu kimi dərc edirik:
 Ölkəmizin dəyərli və nümunəvi gənc siyasi xadimi‚ Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Baku jurnalının təsisçisi və baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvü, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri‚ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük qızı hörmətli Leyla xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirik. İlk öncə onu deyə bilərəm ki‚ hörmətli Leyla xanım hələ ən gənclik vaxtlarından ölkəmizin milli maraqlarının qorunması istiqamətində əzmlə çalışmağa başlayıb və bu istiqamətdə əlindən gələni edərək ölkəmizə çox böyük uğurlar qazandırıb. Ölkəmizin hətta xarici siyasətdəki uğurlarında‚ diplomatiyada‚ lobbiçilikdə‚ diaspora işinin təşkilində‚ xaricdəki Azərbacanlı gənclərə qayğı göstərilməsində Leyla xanım Əliyevanın misilsiz xidməti var. Azərbaycan həqiqətlərinin‚ xüsusən Qaravağ reallıqlarının dünya səviyyəsində tanınmasına və hüquqi qiymət verilməsi yönündə‚ habelə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında‚ beynəlxalq ictimaiyyətin‚ və xarici təşkilatların‚ dünya xalqlarının erməni vəhşiliyini və vandalizmini görməsi və hüquqi qiymət verməsi üçün hörmətli Leyla xanım Əliyeva əlindən gələni edərək Dövlətimizin xarici siyasətdə və diplomatiyadakı böyük uğurlarında misilsiz rolu vardır. Gənc olmasına baxmayaraq‚ bu qeyd etdiyim sahələrdə və xarici diplomatiyada böyük bacarıq və təcrübəyə malik olan Leyla xanım Əliyeva bu siyasi və diplomatik təcrübəni‚ xalqımızın Ümummilli Lideri‚ Ulu Öndər Heydər Əliyevdən miras alıb və babası Ulu Öndər kimi zəngin diplomatik bacarığa sahibdir. Ulu Öndər Heydər Əliyevin siyasi dəyərlərinin daşıyıcısı və icraçısı olan Leyla xanım Əliyeva‚ həmçinin Ulu Öndər Heydər Əliyevin siyasi ideyalarının layiqli davamçısı olan möhtərəm cənab İlham Əliyevin siyasi idarəçilik təcrübəsindən və möhtərəm cənab Prezidentin xarici diplomatiyadakı zəngin təcrübəsindən də yüksək şəkildə yararlanaraq xalqımızın və Dövlətimizin milli mənafeyi uğruna gecə-gündüz şücaətlə çalışmaqdadır. Bu səbəbdən ölkəmizin inkişafında Leyla xanımın böyük əməyi vardır. Ölkəmizin beynəlxalq imicinin yüksəlməsində‚ beynəlxalq əlaqələrin qurulmasında‚ xarici investisiya və sərmayənin ölkəmizə gətirilməsində hörmətli Leyla xanım Əliyevanın misilsiz əməyi mövcuddur. Eyni zamanda Leyla xanım hər zaman xüsusən gənclərə böyük dəstək göstərir. Layiqli və nümunəvi gənclərin önə çəkilməsi məsələsində də Leyla xanım əlindən gələni edərək gənclərimizə hər zaman böyük qayğı göstərir. Leyla xanım hər zaman professional və numunəvi gənclərlə işləməyə üstünlük verib. Çox sayda gənc‚ yüzlərlə nümunəvi gənc‚ məhz Leyla xanımın sayəsində öz layiqli yerini tutub və tutmaqdadır. Leyla xanım hazırda vətənpərvərliyin aşılanması‚ dövlətçiliyimizin güclənməsi‚ ölkəmizdə daim əmin-amanlığın olması naminə çalışan bir nömrəlo gənc siyasi xadimdir və bu qeyd etdiyim sahələrdə çox mühüm əməli işlər həyata keçirib. Bu səbəbdən hörmətli Leyla xanım Əliyevanın ölkəmiz və xalqımız qarşısında çox mühüm xidmətlərə malik insandır. Leyla xanımın nümunəvi xidmətlərini saymaqla bitməz. Qeyd etdiklərim isə hörmətli xanım Əliyevanın yüksək və nümunəvi xidmətlərinin çox az qismi idi. Fikirlərimin sonunda hörmətli Leyla xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir‚ uzun ömür‚ can sağlığı‚ yüksək ailə səadəti və işlərində‚ xidməti fəaliyyətində daha da yüksək uğurlar və daha da mühüm nailiyyətlər arzu
edirəm.
Vüsal Məmmədov
Şəffaflıq.az
Geri qayıt