Əsas Səhifə > Hadisə > Qobustanda şadlıq sarayının sahibi və daha 7 nəfər cərimələnib
Qobustanda şadlıq sarayının sahibi və daha 7 nəfər cərimələnib28-07-2021, 09:33 |
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı şadlıq saraylarında, fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəffaflıq.az aparılan yoxlamalar zamanı şəhər ərazisində fəaliyyət göstərən “Qırxbulaq” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb. Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin sahibi Aslan Dəmirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunaraq o, 4 min manat cərimələnib. Rayonun kəndlərində və şəhər ərazisində yerləşən ümumilikdə 7 fərdi yaşayış evində keçirilən toy mərasimlərində də karantin rejiminin tələblərinin pozulması halları aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman dəvət edilən qonaqların müəyyən edilən say həddindən artıq olduğu müəyyən olunub. Həmin toy sahiblərinin hər biri 400 manat cərimələnib. Geri qayıt |