Əsas Səhifə > REGİON > Türk Şurasının növbəti toplantısının vaxtı açıqlanıb
Türk Şurasının növbəti toplantısının vaxtı açıqlanıb27-07-2021, 14:05 |
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 8-ci zirvə görüşü bu il noyabrın 12-də İstanbulda keçiriləcək. Şəffaflıq.az Beynəlxalq Türk Akademiyasına istinadən xəbər verir ki, bu barədə Türk Şurasının Baş katibi Bağdad Əmreyev dünən Macarıstanın xarici işlər və ticarət naziri Piter Sziyarto ilə İstanbulda görüşündə bildirib. İstanbul görüşündə təşkilat daxilindəki əməkdaşlığın daha yüksək səviyyəyə qalxacağı, türk dünyasındakı əlaqələrin təkmilləşəcəyi qeyd olunub. Macarıstanın türk dünyası üçün xüsusi əhəmiyyətə malik olduğunu qeyd edən B.Əmreyev deyib ki, təşkilatın Budapeştdə 2019-cu ilin sentyabr ayından fəaliyyət göstərən Avropa ofisi üzv ölkələr arasında çoxşaxəli əməkdaşlığı artıran Vışeqrad Qrupu katibliyi və Avropa ölkələri ilə əlaqələri genişləndirən mühüm mərkəzə çevrilib. Nazir Piter Sziyarto Türk Şurasının Quraqlığı Qabaqlama İnstitutu yaratmaq fikrini irəli sürüb. Bu il türkdilli ölkələrdən 5 mindən çox tələbə qəbul etdiklərini deyən macarıstanlı nazir qarşıdakı dövrdə bu rəqəmin artırılmasını təklif edib. Geri qayıt |