Əsas Səhifə > Dünya > Prezidenti Jovenel Moizin mühafizə xidmətinin təhlükəsizlik məsələləri üzrə əsas koordinatoru Jan Laqel Sivilyanı həbs edib.
Prezidenti Jovenel Moizin mühafizə xidmətinin təhlükəsizlik məsələləri üzrə əsas koordinatoru Jan Laqel Sivilyanı həbs edib.27-07-2021, 09:02 |
Haiti polisi ölkənin bir neçə gün əvvəl öldürülmüş prezidenti Jovenel Moizin mühafizə xidmətinin təhlükəsizlik məsələləri üzrə əsas koordinatoru Jan Laqel Sivilyanı həbs edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Haiti24" xəbərlər portalı bildirib. Daha əvvəl komissar Jan Laqel Sivilya dövlət başçısının iqamətgahına hücum haqqında iş üzrə ifadə verməsi üçün respublikanın Baş Prokurorluğuna çağırılıb. Qeyd edək ki, Moiz iyulun 7-də prezident iqamətgahına naməlum şəxslərin hücumu nəticəsində ölümcül yaralanıb. Hücum zamanı həmçinin onun xanımı da güllə yaraları alıb. Hadisə zamanı mühafizəçilərhən heç biri xəsarət almayıb. Hakimiyyət orqanları elan edib ki, hücumu Kolumbiyanın azı 26 vətəndaşının üzvü olduğu qruplaşma törədib. Onlardan bəziləri artıq saxlanılıb. Qətlə yetirilmiş dövlət başçısı iyulun 23-də ölkənin şimalındakı Kap-Aiten şəhərindəki qəbiristanlıqda dəfn olunub. Qeyd edək ki, Haiti polisi daha əvvəl ölkə prezidentinin qətlinin araşdırılması çərçivəsində keçmiş hakim Vindel Kok-Telot barəsində axtarış elan edib. O, qətldə, sui-qəsddə və silahlı soyğunçuluqda ittiham olunur. Geri qayıt |