Əsas Səhifə > Gündəm > “Azərbaycanda bu gün könüllü olaraq 4 vaksin növündən istifadə olunur.
“Azərbaycanda bu gün könüllü olaraq 4 vaksin növündən istifadə olunur.26-07-2021, 15:25 |
![]() Şəffaflıq.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bütün regionlarda hətta səyyar şəkildə “Sinovac”, bəzi yerlərdə “Aztrazeneca” vaksinindən də istifadə olunur: “Yaxın zamanlarda digər ərazilərdə də bütün vaksin növlərinin isifadəsi əlçatan olacaq. Səyyar vaksinasiya vasitəsilə 62 mindən çox peyvənd vurulub”. Y.Qarayeva bildirib ki, bu gün ölkədə xəstəliyi keçirən şəxslər 6 aydan sonra bir doza vaksin vurdurub immun sertifikatı ala bilər. Geri qayıt |