Əsas Səhifə > Cəmiyyət > Elçibəyin oğlu toyuna "cəbhəçi"ləri çağırmadı, Kəmaləddin Heydərovu dəvət etdi

Elçibəyin oğlu toyuna "cəbhəçi"ləri çağırmadı, Kəmaləddin Heydərovu dəvət etdi


25-07-2021, 23:53
 Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin dediyinə görə, toyuna dəvət edilmiş qonaqların siyahısını özü hazırlayıb.
Şəffaflıq.az bildirir ki, onun sözlərinə görə, yalnız yaxın qohumlarını, dostlarını və tanışlarını dəvət edib.
"Toyda "cəbhəçi"lərdən kimsə olmayacaq. Bu qərarım həm də pandemiya ilə bağlıdır. Karantin rejiminin qaydalarına görə, toyda qonaqların sayı məhdud olmalıdır", - Ə.Əliyev deyib.
Fövqəladə Hallar Nazirliyində işləyən Ə.Əliyev nazir Kəmaləddin Heydərovu da toya dəvət edib: "Kəmaləddin müəllimin dəvətimə necə münasibət göstərdiyini, dəvətin ona çatıb-çatmadığını bilmirəm".
Ə.Əliyevin toyu iyulun 30-da Bakıda olacaq. O, Ə.Elçibəyin silahdaşı Mirhadi Yusiflinin qızı ilə ailə qurur.

Geri qayıt