Əsas Səhifə > SİYASƏT > Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.25-07-2021, 13:46 |
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfərə gəlir. Şəffaflıq.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, üçtərəfli görüş iyulun 27-də keçiriləcək. Görüşdə "Bakı Bəyannaməsi" imzalanacaq. Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Mustafa Şentop Füzuli və Şuşa şəhərlərinə səfər etdikdən sonra isə vətənə dönəcək. Geri qayıt |