Əsas Səhifə > İdman > Tokio-2020: Azərbaycanın 10 idmançısı mübarizəyə başlayır
Tokio-2020: Azərbaycanın 10 idmançısı mübarizəyə başlayır24-07-2021, 00:21 |
Bu gün Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək. Şəffaflıq.az-ın məlumatına görə, 44 təmsilçidən 10-u yarışa qoşulacaq. Boksçulardan Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) 1/16 final mərhələsinin döyüşlərinə çıxacaqlar. Cüdoçulardan Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) medal qazanmağa çalışacaq. 100 metr məsafəyə batterflayda üzgüçü Məryəm Şeyxəlizadə Xangah, 400 metr qarışıqda isə Maksim Şemberev təsnifat mərhələsində qüvvəsini sınayacaq. Velosipedin şosse növündə Elçin Əsədov yarışacaqsa, idman gimnastı İvan Tixonov təsnifat mərhələsində uğur qazanmağa çalışacaq. 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında isə Ruslan Lunyov mübarizə aparacaq. Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul Boks 57 kq 13:36. 1/16 final.Tayfur Əliyev – Nquyen Van Duonq (Vyetnam) 69 kq 14:54. 1/16 final. Lorenso Sotomayor – Əsgərxan Madiyev (Gürcüstan) +91 kq 15:27. 1/16 final. Məhəmməd Abdullayev – Denis Latıpov (Bəhreyn) Velosiped idmanı - şosse 06:00. Elçin Əsədov İdman gimnastı 05:00. Təsnifat. İvan Tixonov Cüdo 60 kq 06:00. 1/16 final. Kəramət Hüseynov - Eşli Makkenzi (Böyük Britaniya) 48 kq 06:00. 1/16 final. Aişə Qurbanlı - Katarina Koşta (Portuqaliya) Üzgüçülük 100 metr batterflay 14:25.Təsnifat. Məryəm Şeyxəlizadəxangah 400 metr qarışıq. 14:07. Təsnifat. Maksim Şemberev 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma 08:00. Ruslan Lunyov Qeyd edək ki, olimpiadaya avqustun 8-də yekun vurulacaq. Geri qayıt |