Əsas Səhifə > SİYASƏT > Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilir
Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilir23-07-2021, 11:38 |
Bu gün Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü işə başlayıb. Şəffaflıq.az xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov açıb. Nazir deyib ki, Azərbaycan və Rusiya dost ölkələr, strateji tərəfdaşdırlar. “Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının işinə diqqət çəkmək istəyirəm. Bu çərçivədə davamlı iş aparılır, Azərbaycan və Rusiyanın iqtisadi əlaqələri inkişaf etdirilir. Bugünkü işgüzar görüş bizim tərəfdaşlığımızın sayəsində baş tutub. 2020-ci il çox çətin il idi, bir sıra çağırışlarla yadda qaldı və təbii ki, bizim münasibətlərimzə təsir göstərib. Pandemiyaya baxmayaraq Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalıb. 2021-ci ildə biz ticarət dövriyyəsində artım gözləyirik. Bu bizi sevindirir”, - M.Cabbarov qeyd edib. Geri qayıt |