Əsas Səhifə > REGİON > İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun “Milli Mətbuat günü” münasibətilə media işçilərinə təbriki

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun “Milli Mətbuat günü” münasibətilə media işçilərinə təbriki


22-07-2021, 14:17
 
Hörmətli mətbuat işçiləri, əziz jurnalistlər!

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasının 146-ci ildönümüdür. Dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı diqqət mərkəzində saxlanılır.

Bu gün Azərbaycanda dünyanın ən qabaqcıl ölkələrinin əldə etdiyi nailiyyətlərlə rəqabət apara bilən coxşaxəli mətbuat və informasiya sistemi yaradılmış, bütün respublika ərazisini əhatə edən ən müasir teleradio, kütləvi informasiya şəbəkələri, milli jurnalistika elmi inkişaf etmişdir.

Ölkəmizin şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi zamanı, həmçinin ondan sonrakı dövrlərdə haqq səsimizi dünyaya çatdırılmasında mətbuatımızın böyük rolu oldu. Vəzifə borcunu  yerinə yetirərkən şəhid olan jurnalistlərimizi  heç zaman unutmayacağıq. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.
Həmçinin qeyd etmək istəyirəm ki, ölkə başçısının rəhbərliyi ilə bütün respublikada olduğu kimi  İsmayıllı rayonunda da aparılan islahatlar, görülən abadlıq quruculuq işləri, eləcə də, dövlət siyasətinin təbliğində kütləvi informasiya vasitələrinin əməyi danılmazdır.

 
Hörmətli mətbuat işçiləri!
Respublikamızda, o cümlədən rayonumuzda fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələri işçilərini, müxbirləri, veteran jurnalistləri, bir sözlə bütün qələm sahiblərini Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımızın firavan həyatı barədə daim xoş xəbərlərin müjdəçisi olmağınızı arzulayıram.

Bayramınız mübarək olsun!


İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov
Şəffaflıq.az

Geri qayıt