Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Alişanın qardaşı koronavirusdan öldü

Alişanın qardaşı koronavirusdan öldü


22-07-2021, 09:17
Türkiyənin tanınmış müğənnilərindən olan Alişana ağır itki üz verib. “Haber Global” bildirir ki, sənətçinin qardaşı və eyni zamanda da meneceri olan Selçuk Tektaş koronavirusun qurbanı olub.
Mərhuma 20 gün öncə COVID-19 diaqnozu qoyulub və xəstəxanaya yatırılıb. Lakin bütün müdaxilələrə rəğmən onu xilas etmək mümkün olmayıb.
Tektaşın ölüm xəbərini eşitcək Mahsun Kırmızıgül, Ceylan kimi məşhurlar xəstəxanaya gələrək Alişana dəstək olublar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da telefonla zəng edərək ifaçıya baş sağlığı verib.


Geri qayıt