Əsas Səhifə > Gündəm > Şamaxı rayonunda 2 iyul - Azərbaycan Polisi Günü qeyd olunub.-FOTO
Şamaxı rayonunda 2 iyul - Azərbaycan Polisi Günü qeyd olunub.-FOTO2-07-2019, 22:47 |
![]() Şəffaflıq az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şamaxı şəhər istirahət parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. ![]() O, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-sinin ölkəmizdə Polis Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov tədbirdə iştirak edib, polis əməkdaşlarını təbrik edib. Vurğulayıb ki, Azərbaycan Polisinin keçdiyi şərəfli tarixi yol bugünkü nəsil üçün örnəkdir. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq Azərbaycan Polisi peşəkarlığını artırmaqla yanaşı, öz fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırıb. Hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində daxili işlər orqanları insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır. ![]() ![]() ![]() ![]() ![]() Şəffaflıq.az Geri qayıt |