Əsas Səhifə > SİYASƏT > Parlamentin buraxılması xəbəri təkzib olundu
Parlamentin buraxılması xəbəri təkzib olundu2-07-2019, 20:43 |
Milli Məclis iyulun əvvəlində bəzi qanun layihələrini müzakirə etmək üçün toplaşacaq və qarşıda parlamentin buraxılması ilə bağlı KİV-də yayılan məlumatlar həqiqətəuyğun deyil. Şəffaflıq.az xəbər verir ki, bu barədə Turan-a deputat Vahid Əhmədov bildirib. Qeyd edək ki, iyulun 2-də sosial şəbəkələrdə parlamentin buraxılacağı ilə bağlı məlumat yayılıb. Əsasən bildirilir ki, iyulun 10-dan sonra növbədənkənar parlament seçkiləri keçiriləcək. V.Əhmədovun sözlərinə görə, deputatlar bəzi qanun layihələri üzərində işi başa çatdırmaq üçün özləri növbədənkənar sessiyanın işinə təşəbbüs göstəriblər. "Parlament özü-özünü buraxmır. Bundan ötrü xüsusi qayda var", - deputat vurğulayıb. Qeyd edək ki, Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında olacaq. Geri qayıt |