Əsas Səhifə > REGİON > Konstitusiya Məhkəməsi Paşinyanın partiyasını qalib elan etdi

Konstitusiya Məhkəməsi Paşinyanın partiyasını qalib elan etdi


17-07-2021, 23:32
Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan Konstitusiya Məhkəməsinin növbədənkənar parlament seçkilərinin nəticələrinin etibarlı sayılması barədə qərarını açıqlayıb.
Şəffaflıq.az modern.az-a istinadən bildirir ki, Ermənistan KİV-ləri Konstitusiya Məhkəməsinin qərarını məhkəmə salonundan canlı yayımlayıb.
"Konstitusiya Məhkəməsi 20 iyun 2021-ci il tarixli növbədənkənar parlament seçkilərinin nəticələrinə dair Ermənistan Mərkəzi Seçki Komissiyasının qərarını qüvvədə saxlamağa qərar verib", - deyə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan bildirib.
Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası Nikol Paşinyanın sədri olduğu Vətəndaş Müqaviləsi Partiyasının 53,91 faiz, yəni 688 761 səs topladığını açıqlayıb.
Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku 21,9 faiz, yəni 269 481 səs, "Mənim şərəfim var" bloku 5,22 faiz, yəni 66 650 səs toplayıb.

Geri qayıt