Əsas Səhifə > Hadisə > Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən düşdü

Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən düşdü


16-07-2021, 13:55
Bakıda azyaşlı yıxılaraq ağır xəsarət alıb.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 2019-cu il təvəllüdlü Abdinov Zeynal Anar oğlu ehtiyatsızlıqdan yaşadığı binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb.
Körpə təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona qapalı kəllə-beyin və bədəninin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Komatoz vəziyyət müşahidə olunur.

Geri qayıt