Əsas Səhifə > Kriminal > Bakıda genişmiqyaslı əməliyyat - "Patı”, “şüşə” satan 19 nəfər saxlanıldı + FOTOLAR/VİDEO
Bakıda genişmiqyaslı əməliyyat - "Patı”, “şüşə” satan 19 nəfər saxlanıldı + FOTOLAR/VİDEO14-07-2021, 19:56 |
![]() Şəffaflıq.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyindən bildirilbi ki, əməliyyatlar paytaxtın Xətai, Nizami, Suraxanı və Xəzər rayonunda baş tutub. Belə ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də, paytaxtın digər rayonlarında, o cümlədən, sosial şəbəkələrdə külli miqdarda psixotrop maddə olan “patı”, “şüşə” adlanan metamfetamin, həmçinin narkotik vasitə olan heroinin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Əvvəlcə, sosial şəbəkələrdə yayılan görüntülər əsasında binaların bloklarında “şüşə”, yəni metamfetamin satan paytaxt sakini Qədim Manafov və Sahib Mustafayev saxlanılıb. Onların üzərinə baxış zamanı külli miqdarda metamfetamin, elektron tərəzi və onlayn narkotik satışında istifadə olunan bank kartları aşkar edilib. ![]() ![]() Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə birbaşa olaraq xarici ölkələrdən birində yaşayan narkotacirlə sosial şəbəkələr vasitəsi ilə cinayət əlaqəsinə girərək narkotik vasitə və metamfetaminin ölkəmizdə onlayn satışını həyata keçirən şəxs saxlanılıb. Bölmə ənməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı vətəndaş Dilsuz İsmayılov Nizami rayonu ərazisində tutulub. Onun üzərinə baxış zamanı 610 qram “patı”, “şüşə” adlanan metamfetamin, 90 qram heroin və 1 kiloqram 150 qram marixuana aşkar olunub. Dilsuz İsmayılov ifadəsində sosial şəbəkələrdə səhifələr yaradaraq narkotiklərin satışını təşkil etdiyini bildirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində toplanan materiallar İstintaq Şöbəsinə göndərilib. ![]() Xəzər Rayon Polis İdarəsinin və 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə Binə qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb. Əməliyyat zamanı Binə və ətraf ərazilərdə narkotiklərin satışını həyata keçirən İmran Əliyev, Həsən Əsədullayev, Ruslan Dəmirov, Rahib Quliyev və qardaşı Sərraf tutulublar. Bu şəxslərdən satmaq üçün əldə etdikləri külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunub. Qeyd edilən əməliyyatlar nəticəsində ümumilikdə 9 kiloqramdan artıq narkotik vasitə və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı Xətai, Nizami, Suraxanı və Xəzər Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Geri qayıt |