Əsas Səhifə > Gündəm > Azərbaycanda son sutkada koronavirusdan bir nəfər ölüb
Azərbaycanda son sutkada koronavirusdan bir nəfər ölüb13-07-2021, 17:10 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından bir nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 337 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 873 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1 595 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 365, ötən müddət ərzində isə ümumilikdə 3 867 916 test aparılıb. Qeyd edək ki, dünənki statistikada son sutka ərzində 69 nəfərdə koronavirusa yoluxma aşkarlanmışdı. Geri qayıt |