Əsas Səhifə > Hadisə > Şəkidə 16 yaşlı qızı ərə verən valideynlər polisə çağırıldı

Şəkidə 16 yaşlı qızı ərə verən valideynlər polisə çağırıldı


13-07-2021, 12:21
Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb.
Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb.
Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.
Hazırda Şəki RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.



Şəffaflıq.az  

Geri qayıt