Əsas Səhifə > Dünya > İraqda xəstəxanada yanğında ölənlərin sayı 77-yə çatıb, ölkədə matəm elan olunacaq
İraqda xəstəxanada yanğında ölənlərin sayı 77-yə çatıb, ölkədə matəm elan olunacaq13-07-2021, 11:56 |
![]() Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, məlumatı yerli “Al-Hadath” telekanalı yayıb. Hadisə ilə əlaqədar əyalətin səhiyyə naziri Səddam ət-Tavil istefa verib. İraqın Baş naziri Mustafa əl-Kazımi ölənlərin xatirəsinin yad edilməsi üçün matəm elan olunması və yanğının araşdırılması üçün xüsusi komissiyanın yaradılması ilə bağlı tapşırıq verib. Qeyd olunub ki, yanğın zamanı 40 nəfər ölüb, 70 pasiyent xilas edilib. Hazırda onlarla xəstə köməksiz vəziyyətdə qalıb.Geri qayıt |