Əsas Səhifə > Dünya > Rusiyada son sutka ərzində 752 nəfərin koronavirusdan öldüyü bildirilib.
Rusiyada son sutka ərzində 752 nəfərin koronavirusdan öldüyü bildirilib.10-07-2021, 13:01 |
Rusiyada son sutka ərzində daha 25 082 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Şəffaflıq.az Moskva Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 758 300 nəfərə çatıb. Son sutka ərzində 752 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya başlayanadan sutkalıq plüm sayında rekord sayılır. Ümumilikdə koronavirusdan ölənlərin sayı 142 253 nəfərə çatıb. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir. Geri qayıt |