Əsas Səhifə > Dünya > Yaponiyada leysan ara vermir: 400 mindən çox insan təxliyyə üçün tövsiyə və təlimat alıb.
Yaponiyada leysan ara vermir: 400 mindən çox insan təxliyyə üçün tövsiyə və təlimat alıb.10-07-2021, 09:42 |
Yaponiyanın qərbində 400 mindən çox insan ölkənin bu bölgəsində davam edən leysan yağışları səbəbindən təxliyyə üçün tövsiyə və təlimat alıb. Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiya ictimai televiziyası xəbər verib. Qeyd olunub ki, ölkənin üç prefekturasında - Kaqoşima, Kumamoto və Miyazaki prefekturasında ən azı 240 min insan üçün yerli hakimiyyət fəlakətlə əlaqədar təcili təxliyyə edilməsini nəzərdə tutan ən yüksək təhlükə səviyyəsini elan edib. Ən azı 160 min nəfər üçün evakuasiya tövsiyəsini də əhatə edən daha aşağı təhlükə səviyyəsi elan edilib. Geri qayıt |