Əsas Səhifə > Maraqlı > Uçan avtomobil uzun məsafəni qət edə bilib

Uçan avtomobil uzun məsafəni qət edə bilib


9-07-2021, 00:02
Elmi-fantastik filmlərdə şəhərlərin üzərindən uçan avtomobilləri göstərən səhnələrə yəqin ki, rast gəlmisiniz. Belə görünür ki, fantastik hesab edilən bir çox fenomen artıq həyata keçməkdədir. Yaxınlarda uçan "AirCar" Slovakiyanın iki şəhəri arasında ilk uçuşunu edib.
Şəffaflıq.az deyerler.org-a istinadən bildirir ki, nəqliyat adi avtomobil kimi görünür, ancaq bir neçə dəqiqəyə təyyarəyə çevrilə bilir. Uçan avtomobil sınaq uçuşu zamanı saatda 170 kilometrə qədər sürət yığa bulib və yerə endikdən sonra yenidən adi avtomobilə çevrilərək asfalt yolda hərəkətini davam etdirib. İstehsalçının gələcək üçün çox böyük planları var, amma uçan maşınlara "nə qədər ehtiyac var" kimi suallar səslənir. Avtomobil Slovakiyanın Klayn Vijin (Klein Vision) şirkəti tərəfindən hazırlanıb. Avtomobil "BMW" alman mühərriki ilə təchiz edilib və benzinlə işləyir. Daha əvvəl bildirilmişdi ki, avtomobil təxminən 2500 metr yüksəkliyə qalxa və minlərlə kilometr məsafəni qət edə bilər. Avtomobil ümumi çəki 200 kiloqram olmaq şərti ilə iki nəfəri qaldırmaq gücünə malikdir. Ümumi olaraq "AirCar" avtomobil prototipi havada 40 saat hərəkət edib. Hazırda təyyarə son versiya olaraq ilk uzun beynəlxalq uçuşunu həyata keçirib.
Geri qayıt