Əsas Səhifə > SİYASƏT / Dünya > Rusiyadan ABŞ-a xəbərdarlıq
Rusiyadan ABŞ-a xəbərdarlıq6-07-2021, 16:11 |
“Moskva Vaşinqtonun dostyana olmayan fəaliyyətlərinə sərt və qəti şəkildə cavab verəcək”. Şəffaflıq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İndoneziyanın “Rakyat Merdeka” jurnalına verdiyi müsahibədə bildirib. Nazirin sözlərinə görə, ABŞ-ın Rusiya ilə güc mövqeyindən dialoq aparması cəhdləri başlamadan uğursuzluğa məhkumdur. Lavrov hesab edir ki, Vaşinqton Moskva ilə sabit və proqnozlaşdırıla bilən münasibətlərə nail olmaq istəyirsə, Rusiya tərəfi ilə ədalətli şəkildə qarşılıqlı fəaliyyət göstərməlidir. Xatırladaq ki, iyun ayının sonunda ABŞ-ın Dövlət katibi Entoni Blinken Moskvanı Amerika tərəfinə qarşı aqressiv siyasət yeridilməsi halında cavab fəaliyyətləri ilə hədələmişdi. Geri qayıt |