Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > KİVDF 25 qəzetə maliyyə yardımı ayırdı - SİYAHI

KİVDF 25 qəzetə maliyyə yardımı ayırdı - SİYAHI


28-06-2019, 21:02
 İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Şəffaflıq.az bildirir ki, şuranın sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq bildirib ki, gündəlikdə Fondun 2019-cu ilin II yarısı üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi məsələsi dayanır.
Məsələ ilə bağlı məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin ikinci yarısı üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə iyunun 4-dən 27-dək davam edib. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 26 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib.
V.Səfərli, həmçinin bildirib ki, müsabiqəyə sənəd təqdim edən 25 ictimai-siyasi qəzet indiyə qədər də maliyyə yardımı müsabiqələrində iştirak edib və Fond tərəfindən maliyyələşdirilib. Müsabiqədə yeni iştirak edən "Nedelya" qəzetinin sənədlərində çatışmazlıqlar olduğundan, qəzetə maliyyə yardımının ayrılması məqsədəuyğun hesab edilmir.
İcraçı direktor, həmçinin deyib ki, 2019-cu ilin II rübündə olduğu kimi, ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edilir.
Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə maliyyələşdirilməsi məqsədəuyğun hesab edilib.
Müşahidə Şurasının üzvləri bu yanaşmanı qəzetlərin mənafeyinə tamamilə cavab verən optimal yanaşma kimi dəyərləndiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Əvəz Rüstəmov və Ayaz Mirzəyev Fondun maliyyə yardımının ictimai-siyasi qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda sənədləri tələb olunan şərtlərə cavab verən 25 ictimai-siyasi (gündəlik, günaşırı və həftəlik) qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib (Siyahı aşağıdakı cədvəldə təqdim olunur).
2019-cu ilin II yarısı üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlərin siyahısı
I kateqoriya - Gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan)
ictimai-siyasi qəzetlər
"Bakı-Xəbər” qəzeti – 20000 manat
"Kaspi” qəzeti – 20000 manat
"Yeni Müsavat” qəzeti – 20000 manat
"Səs” qəzeti - 20000 manat
"Yeni Azərbaycan” qəzeti – 20000 manat
"Mövqe” qəzeti – 20000 manat
“Kaspiy” qəzeti – 20000 manat
II kateqoriya - Günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan)
ictimai-siyasi qəzetlər
"Həftə içi” qəzeti – 10000 manat
"Novoye Vremya” qəzeti – 10000 manat
"Azernews” qəzeti – 10000 manat
"525-ci qəzet” – 10000 manat
"Xalq Cəbhəsi” qəzeti – 10000 manat
"Paralel” qəzeti – 10000 manat
"Hürriyyət" – 10000 manat
"Olaylar” qəzeti – 10000 manat
"Palitra” qəzeti - 10000 manat
"Ədalət” qəzeti – 10000 manat
"Üç nöqtə” qəzeti – 10000 manat
"Azad Azərbaycan” qəzeti – 10000 manat
"Şərq” qəzeti – 10000 manat
III kateqoriya - Həftəlik ictimai-siyasi qəzetlər
"Oxu məni” qəzeti – 5000 manat
"Unikal" qəzeti – 5000 manat
“Hərbi And” qəzeti – 5000 manat
"Türküstan" qəzeti – 5000 manat
"The Business Times” qəzeti – 5000 manat
Şəffaflıq.az
Geri qayıt