Əsas Səhifə > Hadisə / İdman > Millinin qapıçısı 25 yaşında ölüb
Millinin qapıçısı 25 yaşında ölüb5-07-2021, 18:20 |
Buzüstü xokkey üzrə Latviya millisinin qapıçısı Matiss Kivleniyeks dünyasını dəyişib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə yerli federasiyasının rəsmi saytı xəbər yayıb. Son olaraq ABŞ-ın "Kolambus Blyu Cekets" komandasında çıxış edən 25 yaşlı qolkiperin ölüm səbəbi açıqlanmasa da, onun bədbəxt hadisə nəticəsində vəfat etdiyi ehtimal olunur. "Delfi.lv" saytı yazıb ki, Kivleniyeks komanda yoldaşları ilə birlikdə ABŞ-ın Müstəqillik Gününü qeyd edərkən atəşfəşanlıq olub. Bu zaman fişəngdən qopan parça qapıçının ürəyinə dəyib. Qeyd edək ki, Kivleniyeks bu mövsüm ölkəsində keçirilən dünya çempionatının iştirakçısı olub. O, dörd oyunda meydana çıxıb. //Report.az Geri qayıt |